BŞİH: Yolların qardan təmizlənməsi gecə ərzində də davam etdiriləcək - [color=red]FOTO[/color]
  • SOSİAL

  • 00:43 25 Fevral 2021

BŞİH: Yolların qardan təmizlənməsi gecə ərzində də davam etdiriləcək - FOTO

Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar. Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

APA xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyəti yayıb.

Məlumata əsasən, təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlıb.

Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam etdiriləcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.

ONA

Teqlər: