DİM I və IV qruplar üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtını açıqlayıb
  • SOSİAL

  • 17:58 10 Avqust 2020

DİM I və IV qruplar üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtını açıqlayıb

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust tarixlərində keçiriləcək.

ONA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilir. Məlumatına görə, 20-21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Qeyd olunan tarixlərdə II və III ixtisas qrup üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

 

ONA

Teqlər: imtahan ali məktəb