Dövlət Təhlükəsizliyi Xidməti Neftçala rayon İH-də əməliyyatla bağlı məlumat yayıb
  • SOSİAL

  • 15:00 20 Fevral 2020

Dövlət Təhlükəsizliyi Xidməti Neftçala rayon İH-də əməliyyatla bağlı məlumat yayıb

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

ONA-nın xəbərinə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.