Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • SOSİAL

  • 17:56 20 Yanvar 2021

Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib - VİDEO - YENİLƏNİB

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə Türkiyədən dəvət olunmuş mütəxəssislər yanvarın 20-də ölkəmizə gəlib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, FHN-nin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar. Eyni zaqmanda, qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin Fövqəladə Hallar Nazirliyinin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

 

***

16.16

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı və erməni təcavüzünə son qoyuldu. Müharibənin törətdiyi fəsadlar qazilərimizə, o cümlədən doğmalarını itirmiş şəhid ailələri, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlara öz mənfi təsirini göstərib. Belə ki, bu faktorlar insanlarda posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, suisidal fikirlər, aqressiya, zərərli vərdişlərdən asılılıq və digər bu kimi halların yaranmasına səbəb olur.

ONA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə,  Fövqəladə Hallar Nazirliyi “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza 24 saat fasiləsiz təcili psixoloji yardımın göstərilməsi fəaliyyətini davam etdirir. 

Bununla yanaşı, müharibənin fəsadları nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından 20 nəfər klinik-psixoloq və psixoterapevt dəvət olunub. Qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin azərbaycanlı məsləkdaşları ilə birgə fəaliyyət göstərməsi nəzərdə tutulub. Səfər zamanı həmçinin mütəxəssislər arasında təcrübə mübadiləsi aparılacaq. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

"İnanırıq ki,  bir-birimizə mənəvi dəstək olaraq müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldıracağıq", - deyə FHN-nin məlumatında bildirilir.

 

 

ONA

Teqlər: