• İDMAN

    03:52 9 may 2020

FİFA VAR-dan imtinaya icazə verib

FİFA milli çempionatlarda mövsümün davam edəcəyi təqdirdə videotəkrar sistemindən (VAR) yararlanmamağa icazə verib.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumu bununla bağlı liqaların rəhbərlərini məlumatlandırıb.

VAR-ın tətbiq olunduğu ölkələrdə çempionatlar bərpa olunarsa, yerli federasiyalar bunun istifadəsinə ehtiyac duymaya bilər. Bundan yararlanmaq istəyən liqalarda VAR protokolu qüvvədə qalacaq.

Qeyd edək ki, bu gün daxili birinciliklərdə ilin sonuna qədər 5 əvəzetmədən istifadə ilə bağlı rəsmən icazə verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR