“Hyundai”- “Auto Azerbaijan” orijinal ehtiyat hissələri barədə video yayımlayıb - [color=red]VİDEO[/color]
  • SOSİAL

  • 10:36 02 Dekabr 2019

“Hyundai”- “Auto Azerbaijan” orijinal ehtiyat hissələri barədə video yayımlayıb - VİDEO

“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti orijinal ehtiyat hissələrinin əhəmiyyətini əks etdirən növbəti video yayımlayıb.

“Auto Azerbaijan” şirkəti orijinal ehtiyat hissələri və rəsmi servis mərkəzlərinin əhəmiyyətini vurğulamaq üçün məşhur rəy lideri Taleh Yüzbəyovla bir neçə çarx çəkmişdi. Çəkilən videolarda müxtəlif səbəblərdən qeyri-orijinal ehtiyat hissələrindən istifadə edən və macəraları uğursuz sonluqla bitən qəhrəmanlar təsvir olunmuşdu. "Auto Azerbaijan" şirkəti eyni mövzuya başqa bir rakursdan yanaşaraq orijinal ehtiyat hissələrinin əhəmiyyətini vurğulamağa çalışıb.

“Hyundai Motor Company” hazırda avtomobil istehsalı, mühəndislik, inşaat, gəmiqayırma, polad, neft-kimya, maşınqayırma, aviasiya, elektronika və maliyyə kimi bir çox sektorda fəaliyyət göstərən “Hyundai” Şirkətlər Qrupunun ən böyük və ən mühüm qollarından biridir. 1967-ci ildə qurulan “Hyundai Motor Company” bu gün avtomobil istehsalında Koreyanın mübahisəsiz lideri, dünyanın isə aparıcı avtomobil istehsalçılarından biridir.

 

ONA

Teqlər: Hyundai