• SOSİAL

    17:48 29 may 2020

İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur, restoran, kafe, çay evləri saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti mayın 31-i saat 00.00-dan bərpa olunur.

ONA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın qərarında bildirilir.

Qərara əsasən, bununla belə, iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları fəaliyyət göstərməyəcək.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət 31 may 2020-ci il saat 00:00-dan etibarən saat 08:00-dan 22:00-dək həyata keçiriləcək.

Qərarda qeyd olunur ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisnadır.

Qeyd edək ki, indiyədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək həyata keçirilirdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR