İsmayıllıya dolu və qar yağıb - [color=red]FOTO[/color]
  • SOSİAL

  • 23:24 03 Aprel 2021

İsmayıllıya dolu və qar yağıb - FOTO

Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə dolu yağıb. Yağıntı sonradan qar və yağışa çevrilib.

APA-nın yerli bürosunun məlumatına görə, təxminən fındıq boyda olan dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda hərəkət edən avtomobillər qısa müddət ərzində dayanıb.

Bir sira kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Dağlardan gələn sel suları və lil İsmayıllı-Lahıc yoluna tökülüb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda  rayonun kəndlərində yağmurlu hava davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib, İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı-Qəbələ yolunun təmizlənməsi üçün tədbirlər görülür. Ən çox yağıntı rayonun İstisu kəndi ərazisinə düşüb. Doludan sonra kəndə qar yağıb.

Şahnəzər Bəşirov

Teqlər: