• SOSİAL

    22:05 4 avqust 2020

İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu AAYDA-nın balansına verilib

İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu İsmayıllı Rayon İcra Hakimiyyətinin balansından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.

APA-nın məlumatın görə, bu, Nazirlər Kabinetinin "İsmayıllı RİH-in balansında olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi barədə" qərarında əksini tapıb.

Həmçinin "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda da dəyişiklik edilib.

Uzunluğu 29 km olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu bu siyahıya əlavə edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR