• SOSİAL

    18:06 18 may 2020

Qərargah: İkinci modul xəstəxana üzərində intensiv iş gedir

“Birinci modul xəstəxana Bakıda açıldı. İkinci xəstəxana üzərində də intensiv iş gedir”.

ONA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, Sumqayıtda və Gəncədə də tezliklə modul tipli xəstəxanalar açılacaq: "Son iki həftənin statistik rəqəmləri onu göstərir ki, modul xəstəxanaların bu gün açılması çox vacib məsələdir və bizə çox lazımlıdır. Çünki xəstə sayımız artır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR