• SOSİAL

    21:44 30 aprel 2020

TƏBİB: Daha 5700 nəfər koronavirus testindən keçib

Bu gün Azərbaycanda 5700 koronavirus testi həyata keçirilib.

APA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 143 079 test həyata keçirilib. Reanimasiyada olan xəstə sayı 18, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 1804, virusdan ölənlər 24, sağalan xəstə sayı 1325, aktiv xəstələrin sayı isə 455 nəfərdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR