TƏBİB: Bu gün koronavirusla bağlı daha 5013 test keçirilib
  • SOSİAL

  • 21:35 07 İyun 2020

TƏBİB: Bu gün koronavirusla bağlı daha 5013 test keçirilib

Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 5013 olub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 339 876-dır.

Qeyd edək ki, Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 7553, vəfat edənlərin sayı 88, sağalanların sayı 4149-dur.

Hazırda 3316 aktiv koronavirus xəstəsinin 155-i reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

ONA

Teqlər: