TƏBİB və Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişinlərə pulsuz maska paylanılır
  • SOSİAL

  • 16:14 19 May 2020

TƏBİB və Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişinlərə pulsuz maska paylanılır

İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam etdirilir.

ONA xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, bu çərçivədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə aksiyaya başlanılıb.  Koronavirus infeksiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək xarakteri daşıyan aksiya zamanı nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda və avtobuslarda vətəndaşlara tibbi maskalar paylanılır.

 

Nəqliyyat könüllüləri tibbi maskalarla yanaşı, vətəndaşlara İctimai nəqliyyatda və alış-veriş mərkəzlərində TƏBİB tərəfindən hazırlanmış koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalar, eləcə də parça maskaların hazırlanmasına dair təlimatla bağlı broşürlər paylayıblar.

 

Sərnişinlərə COVID-19 infeksiyasının proflaktikasına dair tövsiyələrin, o cümlədən maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi izah olunub.

6 / 11

ONA

Teqlər: