Vurğun Əyyubla vida mərasimi keçirilib - [color=red]FOTOSESSİYA[/color]
  • SOSİAL

  • 17:33 24 Sentyabr 2019

Vurğun Əyyubla vida mərasimi keçirilib - FOTOSESSİYA

Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla vida mərasimi keçirilib.

ONA-nın xəbərinə görə, vida mərasimi mərhumun yaşadığı evdə baş tutub. Mərasimdə ictimai-siyasi xadimlər, ziyalılar, tanınmış şəxslər iştirak ediblər. 

Çıxışlardan sonra V. Əyyubun cənazəsi “Ruhani” sədaları altında yola salınıb.

Vurğun Əyyub Hövsan qəsəbəsindəki "Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, V. Əyyub bu gün vəfat edib. 62 yaşlı V. Əyyub onkoloji xəstəlikdən əziyyət çəkib.