• SOSİAL

    11:45 29 avqust 2020

Yaxın aylarda Azərbaycana mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək- TƏBİB

“Dünyada yoluxma səviyyəsi artır, Azərbaycanda isə durum bizi sevindirir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.

A. Qurbanov deyib ki, bu, bizi arxayınlaşdırmamalıdır: “Yumşalmalar mərhələli həyata keçirilir, çünki əks halda risklər artar. Xüsusən virusdan qorunma tədbirləri diqqət mərkəzində saxlanılmalıdır. Karantin tədbirləri yumşaldıqca sosial məsafə, maska və gigiyenik təmizliyə diqqət daha daha artmalıdır. Payız və qış aylarında qrip və digər respirator xəstəliklərin artması gözlənilir. Qorunma tədbirləri bizi qrip və digər respirator xəstəliklərdən də qoruya bilər".

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri qeyd edib ki, dövlət səviyyəsində mövsümi qrip vaksinlərinin alınması ilə bağlı iş gedir: “Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək. Çünki qriplə bərabər koronavirusa yoluxma daha çox ağırlaşmalara gətirib çıxara bilər”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR