Zlatan İbrahimoviç klub alır
  • İDMAN

  • 01:01 27 Noyabr 2019

Zlatan İbrahimoviç klub alır

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç klub sahibi olacaq.

Apasport.az saytının məlumatına görə, 38 yaşlı hücumçu vətənində “Hammarbü” klubunun şəriklərindən birinə çevriləcək.

Bir müddət əvvəl bu komandanın forması əks olunan video paylaşan Z.İbrahimoviç klubun səhmlərini almağa qərar verib.

ABŞ təmsilçisi “Los Anceles Qalaksi” ilə müqaviləsi dekabrda başa çatacaq isveçli ilə komanda arasında yollar ayrılacaq. Onun “Milan”, “İnter”, “Bolonya”, “Tottenhem” və ya Avstraliya təmsilçilərindən birinə keçəcəyi gözlənilir.

Qeyd edək ki, hücumçu karyerası ərzində “Milan”, “Yuventus”, “Ayaks”, PSJ, “İnter”, “Barselona” və “Mançester Yunayted” kimi klubların şərəfini qoruyub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR