• SOSİAL

    10:40 23 oktyabr 2019

AMEA prezidenti Akif Əlizadə istefa verib

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi yazıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli APA-ya açıqlamasında deyib ki, A. Əlizadənin səhhəti ilə bağlı yazdığı istefa ərizəsi artıq qəbul olunub.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR