• SOSİAL

    14:50 6 dekabr 2019

“APA Group” Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

Bu gün İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bir gündə 650 min ağacın əkilməsi aksiyasında “APA Group” əməkdaşları da iştirak edib.

ONA xəbər verir ki, əməkdaşlarımız Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində “APA Group” üçün ayrılmış ərazidə ağaclar əkiblər.

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR