Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 282 hüquq pozuntusu aşkarlayıb
  • SOSİAL

  • 15:03 18 İyul 2019

Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 282 hüquq pozuntusu aşkarlayıb

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı  282 hüquq pozuntusu aşkar edib.

ONA-nın məlumatına görə, nazirliyin məlumatında bildirilir ki, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub. Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.

Eyni zamanda, hüquq pozuntularına yol vermiş işə götürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.