• SOSİAL

    18:07 16 yanvar 2020

Məktəblərdə qış tətilinin vaxtı müəyyən edilib

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR