Nazirlik: Azərbaycanda koronavirusla bağlı heç bir şübhəli hal yoxdur
  • SOSİAL

  • 10:35 24 Fevral 2020

Nazirlik: Azərbaycanda koronavirusla bağlı heç bir şübhəli hal yoxdur

"Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur".

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur".

ONA

Teqlər: koronavirus