Sabah yağış yağacaq - [color=red]PROQNOZ[/color]
  • SOSİAL

  • 13:42 06 Aprel 2020

Sabah yağış yağacaq - PROQNOZ

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu  gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda  gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.  

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir  duman olacaq. Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti,  dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti olacaq. 

ONA

Teqlər: