Hikmət Hacıyev: “Dövlət başçılarının fəaliyyəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır”
  • SİYASƏT

  • 11:55 19 Noyabr 2021

Hikmət Hacıyev: “Dövlət başçılarının fəaliyyəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır”

“Dövlət başçılarının fəaliyyəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev bildirib ki, Azərbaycan 44 günlük vətən müharibəsində ərazi bütövlüyünü, beynəlxalq hüquq bərpa edib: “Üçtərəfli razılaşma çoxillik müharibəyə son qoyub. Yeni reallıqlar, perspektivlər yaranıb”.

Prezidentin köməkçisi iki ölkənin ekspertlərinin iclasını yüksək qiymətləndirib, ekspertlərin birgə akademik araşdırmalar və digər yöndə layihələr həyata keçirməsini zəruri sayıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR