Tokio-2020: Azərbaycan 9-cu qızıl medalını qazanıb
  • İDMAN

  • 13:44 29 Avqust 2021

Tokio-2020: Azərbaycan 9-cu qızıl medalını qazanıb

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, qadın paracüdoçu Dürsədəf Kərimova çempionluq sevinci yaşayıb.

+70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Qazaxıstan idmançısı Zarina Baybatina ilə qarşılaşıb. Qələbə qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Neftçi İdman Klubu"nun yetirməsi olan Dursədəf 1/4 finalda Ukrayna idmançısı Anastasiya Harnik, yarımfinalda Braziliya təmsilçisi Meq Emmerikə qalib gəlib.

Bununla da Azərbaycan yığması Tokioda 12-ci medalını qazanıb. Komandamızın hesabında 9 qızıl və 3 bürünc mükafat var.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR