• SİYASƏT

    18:46 15 mart 2024

BAKI BƏYANNAMƏSİ: Azərbaycan-Ermənistan münasibətlərinin qurulması regional təhlükəsizliyə mühüm töhfə verəcək

Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulması regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcək.

APA xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda Bakıda keçirilmiş doqquzuncu görüşünün Bakı Bəyannaməsində belə qeyd olunub.

Sənəddə qeyd olunub ki, hər üç ölkə Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiq edib.

Vurğulanıb ki, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildiriblər. Həmçinin, bu istiqamətdə Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolu qeyd edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR