Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.
ONA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, o cümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.