• SİYASƏT

    13:17 18 mart 2024

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

Martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

ONA Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 596 ailə, 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

***

10.16

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, müxtəlif ərazilərdə yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO Füzuliyə daha 34 ailə yola salınıb - FOTO

ONA

Teqlər:

SON XƏBƏRLƏR