• SOSİAL

    11:15 15 mart 2024

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 2891 nəfər və ya 0,03 faiz artaraq 2024-cü il fevral ayının 1-i vəziyyətinə 10183661 nəfər təşkil edib.

ONA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Xəbərə görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR