Abunə

onlayn xəbər agentliyi

static-img

ONA Xəbər Agentliyinin məhsulları və abunəlik təklifləri

Onlayn Xəbər Agentliyi (ONA) bütün əlaqəli qurumlara və quruluşlara xəbər xidməti gösrtərir. Bu xidmət çərçivəsində qurumunuzun xəbər ehtiyaclarını ödəmək, baş verən hadisələrdən anında xəbər tutmağınız, həmçinin aylıq, rüblik və illik monitorinqlər, təhlillərlə tanış olmağınız üçün Sizə beş dildə (Azərbaycan, rus, ingilis, fransız və ərəb) ONA-nın xəbər paketini təklif edirik. Xəbərlərimizi gündə üç dəfə bülleten formasında almaq, həm də kütləvi oxucu üçün açıq olmayan xəbərləri saytdan şifrə ilə oxumaq mümkündür. Agentlik Sizə həmçinin keyfiyyətli və orijinal fotolar, video xəbərlər təqdim edir. ONA Xəbər Agentliyi abunəçilərinə aşağıdakı məhsulları təklif edir:

On-line xəbər xidməti

Bu xəbərlər agentliyin saytında yerləşdirilir. Xəbərlərin bir qismi kütləvi istifadə üçün açıq saxlanılır. Kütləvi istifadə üçün məhdudlaşdırılan xəbərləri isə şirkətlə abunə müqaviləsi imzalamaqla əldə etmək mümkündür. Xəbərlər gündə üç dəfə bülleten vasitəsilə də abunəçilərin e-mail ünvanına göndərilir.

Piar xidmətinin göstərilməsi

Agentlik dövlət və özəl qurumlara, iqtisadi, diplomatik və digər subyektlərə fəaliyyətlərini əks etdirən piar məqalələrin, foto və video məhsulların yayılmasını təklif edir. Agentlik bu məhsulların özünün peşəkar heyəti tərəfindən hazırlanmasını, tərcüməsini və yayımını həyata keçirir. Şirkət məlumatları özünün geniş oxucu və abunəçi auditoriyasına çatdırmağı, sosial mediada yayamağı öhdəsinə götürür. Piar xidmətinin göstərilməsi üçün şirkətin "abunə tarif paketi" var.

İqtisadi xəbər və analizləri

Agentliyin iqtisadiyyat departamentindəki analitiklərin və araşdırmaçıların hazırladıqları analizlərdən yalnız abunəçiləri yararlana bilir. Bu bölümün abunəçilərinə gündəlik bülleten də göndərilir. Bölümün məhsulları sırasına

  1. günlük iqtisadi xəbərlərdən ibarət ayrıca xəbər paketi,
  2. analiz və təhlillər,
  3. iqtisadi proqnozlar və trendlər,
  4. bankların bütün göstəricilər üzrə aylıq renkinq cədvəlləri,
  5. daşınmaz əmlak bazarının xülasəsi,
  6. günlük valyuta məzənnələri,
  7. neft proqnozları
  8. iqtisadi müsahibələr daxildir.

Analitik təhlillər və şərhlər

Agentliyin ekspert qrupunun hazırladığı yazılar əksər hallarda kütləvi oxunuş üçün məhdudlaşdırılır. Agentliyin analitik bülletenləri, aylıq, rüblük və illik hazırlanır. Analitik bülletenlərdə aşağıdakı məhsullar əksini tapır:

a) Azərbaycanda və regionda, həmçinin dünyanın qaynar bölgələrində baş verən hadisələrə dair siyasi şərh və analizlər
b) iqtisadi şərhlər, analizlər, proqnozlar, renkinq cədvəlləri, monitorinqlər

Foto və video məhsullar

Agentlik abunəçilərinə orijinal, opetariv fotolar və video görüntülər təqdim edir. Fotoları və video görüntüləri agentliyin saytından kredit kart və ya abunə müqaviləsi bağlamaqla endirmək mümkündür. Agentlik

  1. gündəlik önəmli tədbirlərin
  2. dünyanın tanınmış liderlərinin,
  3. məşhur ulduzların
  4. müxtəlif ölkələrdəki seçki proseslərinin,
  5. qaynar bölgələrdəki hadisələrin
  6. siyasi aksiyaların
  7. partlayışlar, fövqəladə hadisələrin özəl fötolarını təqdim edir.

Həmçinin,

  1. reklam çarxları
  2. müxtəlif foto-tanıtım bukletləri
  3. tanıtım çarxları
  4. seçki reklam çarxlarının hazırlanmasını abunəçilərinə təklif edir.

Reklam bannerlərinin yerləşdirilməsi

Agentlik özünə məxsus www.ona.az saytında bütün dillər və mobil versiyada reklam yerləşdirilməsini həyata keçirir. Reklam bannerlərinin yerləşdirilməsi ilə bağlı agentliyin reklam tariflər paketi mövcuddur. Agentliyin qeyd olunan bütün xidmətlərinə aid tariflər paketi mövcuddur. Tariflərlə tanış olmaq və müqavilə imzalamaq üçün şirkətlə əlaqə saxlamaq lazımdır.