Şirkət

onlayn xəbər agentliyi

static-img

Onlayn Xəbər Agentliyi (Online News Agency - ONA) MMC 2019-cü il fevralın 11-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Agentliyin əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik, məqsədi ölkədə və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri operativ və obyektiv şəkildə işıqlandırmaqdır.

ONA xüsusi bülletenlər və onlayn rejimdə Azərbaycan, Rus, İngilis, Ərəb, Fransız və Erməni dillərində xəbərlər yayımlayır. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr yer alır.

ONA-nın foto və video, iqtisadi və siyasi mövzularda analitika xidmətləri də var.

Agentliyin Azərbaycanın bütün bölgələrində, ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir.