• HADİSƏ

    05:12 22 iyul 2020

Bakıda evin daş divarı dağılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Bakının Binəqədi rayonunda evin uçması nəticəsində yaralananlardan biri - 2001-ci il təvəllüdlü Mehdiyeva Xumar Şamil qızı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın məlumatına görə, digəri yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

Saat 02:34

Bakıda fərdi yaşayış evi uçub.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu, 1-ci Mədən yaşayış massivində baş verib.

Evin ikinci mərtəbəsinin divarının bir hissəsi aşıb. Hadisə zamanı biri uşaq olmaqla iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriblər.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR