• HADİSƏ

    21:04 3 dekabr 2019

22 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

1997-cü il təvəllüdlü Zalov Əli Əhməd oğlu kəsilmiş, deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirlib.

22 yaşlı gənc dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat axtarışlarına başlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR