• HADİSƏ

    04:04 9 avqust 2020

Sumqayıtda 2 piyadanı avtomobil vurub - FOTO

Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

"Opel" markalı avtomobil yolu keçmək istəyən 2 piyadanı vurub. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Quliyev Sabir Hüseyn oğlu və 1998-ci il təvəllüdlü Fərzəliyev Elnur Nizami oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR