• HƏRBİ

    12:55 27 mart 2019

DSX: Düşmənin təxribatının qarşısını almaq üçün müdafiə mövqeləri möhkəmləndirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Sərhəd Qoşun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­layıb.

DSX-nın Mətbuat Mərkəzindən ONA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə ye­tirilməsi isti­qa­mətində həyata keçirilən tədbirlərin icra və­ziy­yəti, “Qazax” sərhəd dəstəsinin xid­­mə­ti ərazisindəki əməliyyat şəraiti, ərazi müdafiə­sinin və sərhəd mü­hafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqın­da məruzələr dinlənilib.

Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşı­rıq­lar verilib.

Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləş­diril­məsi, müasir sərhəd müha­fi­zə infrastrukturunun yaradılması, sərhəd ko­mendantlıq­la­rında və sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların və əsgər ka­zarmalarının inşa edilməsi, sərhəd döyüş mən­tə­qələrinə yeni yolların sa­lınması, sənaye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə baxış ke­çirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yük­səldilməsi üzrə göstərişlər verilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR