• İQTİSADİYYAT

    12:24 13 may 2019

AMB: Rüb әrzindә manat lirә və avroya qarşı möhkәmlәnib, funt və rubla qarşı isə ucuzlaşıb

Bu ilin birinci rübündә manatın rәsmi mәzәnnәsi banklararası әqdlәr üzrә orta mәzәnnә (“Bloomberg” platformasında hәrraclar vә hәrracdan kәnar әmәliyyatlar nәzәrә alınmaqla) әsasında müәyyәn edilib.

ONA-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, rüb әrzindә manatın ABŞ dollarına qarşı orta günlük rәsmi mәzәnnәsi 1,7000 manat tәşkil edib. Banklar tәrәfindәn müәyyәn edilәn xarici valyutanın alışsatış mәzәnnәlәri dәyişkәnlik nümayiş etdirsә dә rәsmi mәzәnnәyә yaxın olub. Rüb әrzindә kommersiya banklarının orta günlük alış mәzәnnәsi 1,6979, satış mәzәnnәsi isә 1,7023 manat tәşkil edib. Rәsmi mәzәnnә ilә kommersiya banklarının orta günlük alış mәzәnnәsi arasında fәrq 0,1% (0,0021 manat), satış mәzәnnәsi ilә isә 0,1% (0,0023 manat) olub.

Rüb әrzindә manat ABŞ dollarına qarşı dәyişmәyib, türk lirәsinә qarşı 5,1%, avroya qarşı 1,9% möhkәmlәnib, İngiltәrә funt sterlinqinә qarşı 3,2%, Rusiya rubluna qarşı isə 6,9% ucuzlaşıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR