• SOSİAL

    20:18 22 iyul 2019

APA “İlin ən yaxşı agentliyi” oldu


Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Sorğu Mərkəzi oxucular arasında növbəti ənənəvi sorğusunu reallaşdırıb.
ASGA sədri Səbuhi Abbasovun APA -ya verdiyi məlumata görə, “İlin ən yaxşı agentliyi”, “İlin ən yaxşı televiziyası” və “İlin ən yaxşı qəzeti” sorğusunda bütövlükdə 1000-ə yaxın insan iştirak edib.
22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda iştirakçılar peşəkar media ənənələrinin qorunması, operativlik və s. prinsiplərinin qorunması kimi meyarlardan çıxış edərək qalibləri müəyyənləşdiriblər.
Məlumat üçün qeyd edək ki, sorğunun informasiya dəstəkçiləri 7news.az və icmal.az saytlarıdır.
“Ilin ən yaxşı agentliyi” nominasiya üzrə qalib Azəri-Press Agentliyi ( APA ) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Sıralama aşağıdakı kimidir:
1-ci yer – APA ;
2-ci yer – AZƏRTAC;
3-cü yer – Trend;
4-cü yer – Report.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR