• SOSİAL

    18:12 25 iyun 2020

TƏBİB: Xəstəlik ailə-ailə, müəssisə-müəssisə yayılır

“Biz fevral və martda ölkəmizə kənardan virusun idxal olunmasının qarşısını aldıq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, bunun üçün sərhədi keçən vətəndaşlar karantinə alındı: “Bu, rahat idi, çünki sərhədlər nəzarət altında idi. Virus ölkəyə daxil olandan sonra isə ailələrdə, digər klastrlarda yayılmağa başladı. Bu zaman görülən tədbirlərin effekti daha çox cəmiyyətdən asılıdır. Avropada xəstəlik yayılanda sərhədlərimizə nəzarəti artıraraq, virusun geniş yayılmasının qarşısını ala bildik. Biz bu gün bir yerdə olsaq, yenə virusun yoluxma zəncirini qıra bilərik ”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR