ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
  • DAĞLIQ QARABAĞ

  • 10:46 03 Mart 2020

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

ONA

Teqlər: ATƏT monitorinq

OXŞAR XƏBƏRLƏR