• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:34 8 sentyabr 2023

AFAD: Şuşada seysmik stansiyanın qurulması işləri tezliklə yekunlaşacaq

AMEA-nın Rəyasət Heyətinin binasında Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-dan ONA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin AFAD-la sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək tərəflər arasında imzalanmış Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumun münasibətlərimizi yeni mərhələyə qaldıracağını vurğulayıb. Bildirib ki, Anlaşma Memorandumunda əksini tapan maddələrdən biri də AFAD tərəfindən Şuşada seysmik stansiyanın qurulmasıdır ki, bu istiqamətdə işlər tezliklə yekunlaşacaq. AMEA rəhbəri, həmçinin sözügedən sənəddə işğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların qurulması, birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi və proqram təminatı kimi maddələrin əksini tapdığını söyləyib və bugünkü görüşün qarşıdakı hədəflərə çatmağa müsbət töhfə verəcəyini deyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR