• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:46 11 aprel 2019

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 15-də keçiriləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın görüşü aprelin 15-də Moskvada keçiriləcək. ONA-nın "news.am"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan açıqlama yayıb.

O bildirib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin xarici siyasət idarəsinin rəhbəri qismində Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

Xarici işlər nazirlərinin aprelin 15-də görüşəcəyi ilə bağlı Azərbaycan XİN də məlumat yayıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR