• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:13 18 iyun 2019

Azərbaycanın müdafiə naziri: “Tonoyan yalan danışır, biz ermənilərə layiqli cavab vermişik”

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

ONA-nın xəbərinə görə, nazir bildirib ki, D. Tonoyanın səviyyəsinə enmək istəmir: "Bircə onu deyə bilərəm ki, David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar".

Z. Həsənov onu da deyib ki, Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir: “Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar". Nazir, beynəlxalq vəziyyətin müharibəni başlamağa imkan vermədiyini açıqlayıb:

"Əsgər də, zabit də, nazir də daxil olmaqla biz hamımız Vətən, millət naminə canımızı təhlükəyə atırıq və bununla qürur duyuruq. Allah bütün şəhidlərə rəhmət etsin! Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. Bəziləri deyir ki, o mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub".

ONA

Teqlər:

SON XƏBƏRLƏR