Bu günədək Azərbaycanda saxlanılan 58 erməni Ermənistana qaytarılıb
  • DAĞLIQ QARABAĞ

  • 14:33 05 Yanvar 2021

Bu günədək Azərbaycanda saxlanılan 58 erməni Ermənistana qaytarılıb

“27 sentyabrda Azərbaycan Ordusu tərəfindən ək-hücum əməliyyatı zamanı düşmən məğlub edilib. Şəhidlərimizin qanı yerdə qalmadı və qisası alındı. 2020-ci il 10 noyabr tarixli 3 tərəfli bəyanatın 8-ci bəndinə əsasən, hərbi əsir, girov, habelə cəsədlərin dəyişdirilməsi həyata keçirilməlidir”.

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Dövlət Komissiyası tərəfindən birtərəfli qaydada 2 dekabr, 9 dekabr, 11 dekabr və s. tarixlərdə erməni vətəndaşı olan şəxslər, habelə erməni hərbi qulluqçular Ermənistana təhvil verilib: “2020-ci ilin dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən, həmçinin girovluğundan azad edilərək, vətənə gətirilib. 3 tərəfli bəyanata uyğun olaraq sonuncu proses 28 dekabrda həyata keçirilib. Azərbaycanda saxlanılan 58 erməni milliyyətli şəxs geri verilib. Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki şəxs saxlanılır”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR