Ceyms Appaturay: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"
  • DAĞLIQ QARABAĞ

  • 20:52 11 Mart 2019

Ceyms Appaturay: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"

"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".

ONA-nın News.am-a istinadən xəbərinə görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə bildirib.

“Biz münaqişələrin həlli prosesinə cəlb olunmuruq, amma bizim müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır. NATO hesab edir ki, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd edib.

C.Appaturay təmas xəttində atəşkəs rejimi pozuntularının sayının azalmasını və tərəflərin danışıqlara meylli olmasını da yüksək qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR