Diplomatik korpus nümayəndələrinin Bərdəyə səfəri başlayıb - [color=red]YENİLƏNİB[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 11:50 29 Oktyabr 2020

Diplomatik korpus nümayəndələrinin Bərdəyə səfəri başlayıb - YENİLƏNİB

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiət edir.

Diplomatlar Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atılan ərazilərə baş çəkəcəklər.

***

10.04

Azərbaycandakı diplomatik korpus nümayəndələri Bərdəyə və Tərtərə gedir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.  
"Ermənistanın günahsız mülki şəxslərə qarşı məqsədli şəkildə həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpusa göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlara Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Diplomatik korpus nümayəndələrinə diqqətləri üçün təşəkkür edirik!", - deyə Hikmət Hacıyev qeyd edib.

 

Zümrüd Paşkin

Teqlər:

OXŞAR XƏBƏRLƏR