Həmsədrlər bu ayın sonu regiona səfər etməyi planlaşdırırlar
  • DAĞLIQ QARABAĞ

  • 14:55 14 May 2019

Həmsədrlər bu ayın sonu regiona səfər etməyi planlaşdırırlar

ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonunda regiona səfər etməyi planlaşdırırlar.

ONA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, həmsədrlərin səfərindən sonra bəzi məsələlər dəqiqləşəcək: "Nazirlərin görüşü məsələsi gündəlikdədir. Əvvəl də qeyd etdiyim kimi, həmsədr ölkələrdən biri tərəfindən nazirlərini görüşünün təşkilinə dair təklif var, ancaq görüşü hazırlamaq lazımdır".

OXŞAR XƏBƏRLƏR