• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:51 3 may 2019

Nazir: "Ermənistan bu münaqişədən nə əldə etdiyinə dair konkret arqument irəli sürsün"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə cəlb olunan şəxs kimi istəyirəm ki, Ermənistan bu münaqişədən nə əldə etdiyinə dair konkret arqument irəli sürsün".

ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş "BMT sistemində Sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" adlı panel müzakirəsində çıxışında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, münaqişə heç zaman davamlı inkişafı təmin edə bilməz: "Ermənistanda son illər böyük miqrasiya dalğası var. Əhali Ermənistanın gələcəyinə inanmır. Ən ağıllı şəxslər ölkəni tərk edir. Ermənistana dəstək durduğu deyilən hansısa diaspor üzvü geri qayıdıbmı? İqtisadiyyatı diaspor vəsaitləri hesabına qurmaq qeyri-mümkündür".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR