Pakistan səfiri: “Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”
  • DAĞLIQ QARABAĞ

  • 13:17 29 Sentyabr 2020

Pakistan səfiri: “Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”

“Cənab Prezident, icazə verin vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkürümü bildirim. Sizə məlumat vermək istəyirəm ki, bu gün Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Xarici İşlər nazirimiz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək”.

APA xəbər verir ki, bunu Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsi təqdim edərkən deyib.

“Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki bu, ədalətli mövqedir. Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR