• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    07:32 6 noyabr 2019

Rusiya vətəndaşlarının 59 faizi "dördgünlük" iş həftəsini dəstəkləyir

Rusiya vətəndaşlarının demək olar ki, yarıdan çoxu “dördgünlük” iş həftəsinə keçmək üçün daha intensiv işləməyə hazır olduqlarını bildirib.

APA-nın “İzvestiya”ya istinadən verdiyi xəbərə görə, bu barədə “HeadHunter”in Rusiyada keçirdiyi rəy sorğusunun yekun hesabatında bildirilib.

Sorğu iştirakçılarının üçdə ikisi yeni iş qrafikinin tətbiqini dəstəklədiklərini deyib. Respondentlərin yalnız dörd faizi “dördgünlük” iş qrafikinə qarşı çıxıb.

Rəyi soruşulanların 59 faizi isə cümə gününü də istirahət etmək istəklərində olduqlarını açıqlayıblar.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR