Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Moskvada "Barbekyu festivali" keçirib
  • DAĞLIQ QARABAĞ

  • 03:55 26 Avqust 2019

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Moskvada "Barbekyu festivali" keçirib


Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) Moskvada "Barbekyu festivali" keçirib.
APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festival Moskva vilayətinin Doldoprudnıy rayonunda baş tutub.
"Don David" yaxt klubu və BBQ Life məktəbi ilə birgə keçirilən festivalda yüzlərlə insan iştirak edib.
Festivalın açılış mərasimində çıxış edən AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla Əliyevaya və Don David yaxt klubunun rəhbəri David İsrafilova təşəkkürünü bildirib .
Festival iştirakçılarına qril üzərində ət hazırlamaq üçün lazım olan hər şey təqdim olunub. Festival çərçivəsində bir sıra müsabiqələr təşkil olunub. Komanda ruhu, şən atmosfer, dünya şöhrətli aşpaz hakimlərin iştirakı ilə keçən festival konsert proqramı ilə başa çatıb.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR