• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:47 11 aprel 2019

Vladimir Karapetyan: "Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşü çox məhsuldar olub"

"Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında Vyanada keçən görüş məhsuldar olub".

ONA-nın Avropa bürosunun məlumatına görə, bunu Ermənistan baş nazirinin sözçüsü Vladimir Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın AŞPA sessiyası çərçivəsində mətbuat konfransından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, liderlərin görüşündə bir sıra məqamlarla bağlı fikir ayrılıqları olsa da, görüş ümumilikdə çox məhsuldar keçib: "Sülh prosesinin davamlı olacağına ümid edirik. Əgər bizim baş nazirimiz parlamentdə danışıb, konfliktin həll edilməsinin önəmindən danışırsa, bu onun məsələyə hərtərəfli münasibətini göstərir. Biz xalqımızı sülhə hazırlayırıq”.

Aytən Abbaslı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR